Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Küçədə yaşayan tənha qadın - Foto

Şəkildə gördüyünüz bu qadın daldalanmağa bir yeri olmadığı üçün küçədə yaşayır. Şəkli “Azadlıq”ın poçtuna qəzetimizin daimi oxucularından olan Samir Aslan göndərib. Oxucumuz yazır ki, adını bilmədiyi bu qadın uzun müddətdir Hövsan qəsəbəsinin Suraxanıya dönən səmtində, kanalın üstündə, açıq havada özünə məskən salıb. Onu burada hətta qış aylarında da görüblər. Bu kimsəsiz qadın yağış-qar, isti-soyuq demədən, çölün düzündə yaşayıb gecələməyə məcburdur. Sakinlərin verdiyi azuqə ilə dolanır. Yeməyə bir şey verən olmayanda ac qalır. 
Oxucumuz, naməlum şəraitdə küçədə yaşamağa məcbur olmuş bu kimsəsiz qadın barədə mediada heç olmasa, kiçik bir xəbərin getməsini istəyir ki, bəlkə, aidiyyatı qurumlar müvafiq tədbir görə.

1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...