Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Azərbaycanlı dünya çempionu Suriyada öldürüldü

Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb.

Bu haqda Dağıstan mətbuatı məlumat yayıb. Məlumatda Bəxtiyar Arzumanovun Suriyada hökumət əleyhinə döyüşən terrorçuların tərkibinə qatıldığı iddia olunur. Amma onun Suriyaya nə vaxt getdiyi açıqlanmır.



Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşün 6-da qələbə qazanmış, 2-də isə məğlub olmuşdu.

Bəxtiyar Arzumanov daha çox keçirdiyi döyüşlərdən birindəki alicənab hərəkətinə görə “xeyirxah ləzgi” adı ilə tanınırdı./modern/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03