Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

“Sovetski”də evi başına uçurdulanların dəhşəti fotoları

Bakının “Sovetski” məhəlləsi kimi tanınan yaşayış massivində sakinlərin böyük əksəriyyətinin köçürülməsinə baxmayaraq, verilən məbləğlə qane olmayıb etiraz edənlər də var.

Bu səbəbdən də Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri ilə sakinlər arasında demək olar ki, hər gün qarşıdurma yaranır. Bu barədə evi uçurulan şəxs – Sovetski 68 ünvanında yaşayan Mədinə Seydəmirova verib. Söküntü işlərinin getdiyi vaxtda hər gün toz-torpaq udmaqdan xəstəlik tapdığını deyən M.Seydəmirova bütün kommunal xidmətlərin də kəsildiyini deyir: 

“Bizimlə bərabər iki nəfər də verilən məbləğlə razılaşmır. Buna görə də hər gün gəlib bizi təhqir edir, başımıza toz yağdırırlar. Dalanı sökürlər ki, keçə bilməyək. Özüm xəstə adamam operasiyadan yeni çıxmışam. Mənim də əlimnən yalnız onları daşa basmaq gəlir. Evləri sökürlər daşı şüşəni ayaqlarımızın altına tökürlər. Hazırda evimizin damı yox vəziyyətdədir. Elə bir Xerosimadır. Nə oldu, oldu. İki dəfə bizi polisə aparıblar. Deyirlər ki, danışmayın, etiraz etməyin. Bizi şərləyirlər ki, siz dövlətin əlyehinə gedirsiniz, sizi tutduracayıq. Deyirəm ki, mən necə dövlətin əleyhinə gedə bilərəm ki, mənim bir nəvəm Heydər Əliyev Fondunun sayəsində ürək əməliyyatı keçirib. Mən dövlətdən, prezidentdən necə narazı ola bilərəm?.. Mən sadəcə məmurlardan narazıyam. O məmurlar ki, bu evlərdən də qazanmaq istəyirlər. O məmurlar ki, vətəndaşı dövlətdən narazı salmaqdan ötrü sanki ölürlər. 
Mənim nəvəm ağır xəstə idi. Onu Heydər Əliyev Fondu 20.06.2014-cü ildə əməliyyat etdirdi. Onu həyata qaytardı. İndi həmin körpə kimsəsiz anasıyla bu zibilliklər arasında yaşayır... Onunçün çəkilən zəhmət hamısı hədər getdi, uşağın vəziyyəti pisləşib. Belə bir şəraitdə o, məktəbə getməkdən də məhrumdur. Üçüncü sinfə getməlidir. Bu işlərin hamısın başında Yasamal İcra Hakimiyyəti durur. İcra başçısı nə qanun tanıyır, nə dövlətin dediklərin nəzərə alır, nə də bizim bu acı durumumuzu”.

Bütün rəsmilərə də müraciət edən narazı “Sovetski” sakini bütün yuxarı instansiyalardan eyni cavab aldığını deyir:

“Evin kvadratını 1500 manatdan hesablanacağını deyirlər. Hamısının cavabı bir olur. İstəyirsiniz köçün, istəyirsiniz köçməyin. Biz də köçmürük. Canımizi boğazımıza yığıblar ki, axırda bezib köçək. Suyu kəsiblər. Başqa həyətdən şlanqla su çəkmişik”. 

Şikayətçi bildirib ki, onlarla yanaşı iki ailə də verilən məbləğlə razılaşmırlar:
“Biri yaşlı qadındı. Ona 14 kvadratmetrinə 37 min verirlər, mənim 67 kvadratmetr evimə isə 40 min manat. Evimiz 67 kvadratdır. Amma icra hakimiyyətinin məhsul şəxsləri sənəddə yazılanları deyil, evimizin içinin ölçüsü ilə sözü gedən məbləği bizə vermək istəyirlər. Biz də bu şərtlə razılaşmaq istəmirik. Mənə deyirlər ki, 40 min veririk övladlarınla öz aranda böl. 6 övladım var. Mən o pulla hansı balamı yerləşdirim. Özləri 40-50 mini bir gündə xaricdə istirahətə xərcləyirlər. İki dəfə “notariusda” olmuşam. İki balası ilə küçələrdə qalan qızımın biri elə oradaca dedi ki, ona 15 min verməsək, razılıq ərizəsinə qol çəkməyəcək. Mənə deyirlər ki, qızını məhkəməyə ver. Dəfələrlə demişəm ki, əgər belədirsə, onda övladlarımı qeydiyyatdan çıxardın, razılıq ərizəsi vermirlər. Deyirlər ki, qohumluq əlaqəsi olan şəxsləri qeydiyyatdan çıxarmağa ixtiyarımız yoxdur. Mən də bu zibilliyin içərisində oturmağa məcburam”./aznyus/









1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı