Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Azərbaycandakı repressiya Avropa Birliyində müzakirəyə çıxarılacaq

Avstriyanın xarici işlər naziri Bakıda müxalifətçilərlə gizli görüş keçirib

Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Bakıya səfərinin qalmaqalla bitdiyi haqda xəbər vermişdik. Bu səfər Avstriya mətbuatında əsas mövzulardan birinə çevrilib.
Ölkənin iki ən aparıcı qəzetindən biri olan “Die Presse” isə XİN rəhbərinin Bakı səfərində yeni detalları üzə çıxaran məqalə dərc edib.
Məqalədə bildirilir ki, Sebastyan Kurts Bakıda bəzi müxalifətçilərlə görüş keçirib. Lakin Azərbaycan hakimiyyətinin görüşü əngəlləyə biləcəyi nəzərə alınaraq, bu barədə qabaqcadan məlumat verilməyib. Görüş zamanı sərt repressiyalarla üz-üzə qalan Azərbaycan vətəndaş cəmiyyətinə necə kömək edilməsi məsələsi müzakirə olunub.
Görüşdə iştirak edən avstriyalı diplomat bildirib ki, onun hökuməti Azərbaycanda insan haqları və mətbuat azadlığı problemlərini, demokratiyaya olan hücumları Avropa Birliyi səviyyəsində müzakirəyə çıxarmaq niyyətindədir.

Qəzetin yazdığına görə, görüşdə iştirak edən müxalifətçilər tezliklə həbs oluna biləcəkləri ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Məqalədə daha sonra bildirilir ki, avstriyalı nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə iki məsələyə xüsusi diqqət yetirib. Birincisi, müxalifət fəalları, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət olan 98 nəfərlik siyasi məhbus problemi; İkincisi, Avropa Birliyi ölkələrində fəaliyyət göstərən bəzi jurnalistlərin Azərbaycana girişinə rəsmi Bakının qadağa qoyması./azadlıq/
1061 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...