Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

İsrailin 43 kəşfiyyatçısı Fələstinə qarşı döyüşdən imtina etdi

İsrail ordusu tarixində ilk dəfə 8200 saylı hərbi kəşfiyyat hissəsinin 43 döyüşçüsü Fələstinə qarşı əməliyyatlarda iştirakdan imtina ediblər. Aralarında zabitlərin də olduğu kəşfiyyatçıların baş nazir Benyamin Nitanyahuya ünvanladığı müraciətdə deyilir: ”Biz Fələstinə qarşı əməliyyatlarda iştirakdan imtina edir və bundan sonra işğal edilmiş ərazilərdə hərbi rejimin möhkəmləndirilməsi üçün alət olmaq istəmirik. Biz 8200 saylı hissənin İsrail dövlətinin təhlükəsizliyinə və onun vətəndaşlarının müdafiəsinə xidmət etdiyinə inanmırıq”...

İsrailə məxsus “9-cu kanal” portalının yaydığı məlumatda qeyd edilir ki, 8200 hərbi hissəsi İsrail ordusu kəşfiyyatının elektron kəşfiyyatın bütün məlumatlarının, o cümlədən telefon zəngləri, fakslar, sms göndərişlər, elektron poçt və s. barədə informasiyaların toplanmasına cavabdeh olan ən böyük qruplaşmalarından biridir.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi