Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2014

Məmurlarımız daha az xaricə səyahət edəcəklər

Rusiya Prezidenti Vladimir Putin Ukraynada yaranmış vəziyyətə görə ABŞ və Qərbin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Putin Düşənbədə təşkil olunan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində rus iş adamları, millət vəkillərinin və daha 24 məmurun Avropa Birliyinə girişinə qadağa qoyulmasına lağ edib:

“Siyahı baxımından çox uğurlu seçimdi. Bundan sonra şirkət direktorlarımız və məmurlarımız daha az xaricə səyahət edəcəklər. Ölkədə qalıb öz işləri ilə məğul olmaları daha yaxşıdır. Dumanın millət vəkilləri də öz seçiciləri ilə daha çox görüşərlər”.
1100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP