Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2013

Azərbaycanda neft tankeri partladı, 3 ölü 8 yaralı var

İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın "Oyannews”a istinadən məlumatına görə, hadisə oktyabrın 3-də yerli vaxtla saat 13:40-da Culfa-Mərənd magistralının 7 kilometrliyində olub.

Dizel yanacağı daşıyan tankerlə 4 avtomobil toqquşub. Nəticədə güclü partlayışla müşahidə olunan yanğın başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Onlardan ikisi aldıqları yanğın xəsarətlərindən həyatlarını itiriblər. Yaralılar Hadişəhr, Culfa və Mərənd şəhərinin xəstəxanalarına qaldırılıblar.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27