Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

İŞİD Britaniya vətəndaşınının başını kəsdi

“İslam Dövləti” terrorçu qruplaşması Böyük Britaniyanın vətəndaşı Devid Heynsin   başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb. Bu barədə ABC News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, video “İslam Dövləti”nin internetdə fəallığının monitorinqini həyata keçirən SITE təşkilatının saytında dərc olunub. Məhz bu təşkilat birinci olaraq amerikalı jurnalist Stiven Sotloffun edam faktını təsdiqləmişdi.  

Qeyd edək ki, 44 yaşlı  Böyük Britaniya vətəndaşı Devid Heyns Suriyada 2013-cü ildə girov götürülüb. “Guardian” nəşri qeyd edir ki, Suriyaya humanitar missiya ilə gəlmiş  Devid Heyns cəmi 3 gün sonra girov götürülüb.

Nəşrin məlumatına görə, baş kəsilmə səhnəsini əks etdirən videoçarx Heynsin ailəsi onunla əlaqə yaratmaq xahişi ilə silahlılara müraciət etdikdən 1 gün sonra dərc edilib.

Qeyd edək ki, terrorçular sentyabrın 2-də ABŞ-ın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.


Qeyd edək ki, “İslam Dövləti”  qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam edib.


P.S. Ürəyi zəif olanların baxmamağı məsləhətdir.



Vİdeonun yayımlanmasından sonra YouTube portalı qanunlara zidd olduğunu iddia edərək ümumi baxışdan videonu silib. 








1475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber