Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

“Rusiya Avropanı Amerikaya uduzurmu?”

“Rusiya ilə Amerika arasında Avropa üstündə savaş gedir” - Sergey Lavrov

“Amerika Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə edir” – Rusiya ittihamı
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-la Rusiya arasında Avropadan dolayı böyük savaş gedir:“Amerika istəyir ki, indiki vəziyyətdən istifadə edərək Avropa ilə Rusiya arasında olan iqtisadi əlaqələri kəssin. Avropa kifayət qədər sərt şəkildə öz maraqlarını müdafiə edir. Avropalıların düşüncəsinə görə, amerikalılar bu vəziyyətdən daha çox uduşla çıxmağa çalışırlar. İndi Amerika Avropaya təklif edir ki, onlar Amerikanın göndərdiyi sıxılmış qazı çox yüksək qiymətə alsınlar. Halbuki Rusiyanın Avropaya satdığı qaz Amerikanın təklif etdiyindən çox-çox ucuzdur. Təbii ki, bu işin arxasında iqtisadi maraqlar dayanıb. Amma böyük və hətta əsas rolu geosiyasi hesablamalar oynayır”.
Rusiyalı jurnalistin “Rusiya Avropanı Amerikaya uduzurmu” sualına cavab olaraq xarici işlər naziri “Məncə, yox”, deyə cavab verib.
Xarici işlər naziri vurğulayıb: “İndi biz görürük ki, Avropa Birliyinin daxilində bu məsələlərə yanaşmada mövqelər daha çox praqmatizmə söykənir. Avropanın ən böyük və aparıcı ölkələri açıq şəkildə bəyan edirlər ki, Rusiyaya qarşı tətbiq olunmuş iqtisadi sanksiyalar əks effekt verir və özünü doğrultmur”.
Sergey Lavrov deyib ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiya siyasəti uzun müddət davam edə bilməz. Çünki Avropanın daxilində bu məsələyə etiraz edənlərin sayı və sanbalı artır: “ Özü də qəribə olan odur ki, biz Minskdə elə Avropa Birliyinin iştirakı ilə sülh danişıqları apardığımız bir vaxtda Brüssel yeni sanksiyalar paketi hazırlamağa qərar verdi. Prezident Vladimir Putinin təşəbbüsü ilə sülh danışıqlarında irəlilədiyimiz bir vaxtda belə bir qərarın verilməsi məntiqdən çox uzaqdır”.
“Vəziyyət elədir ki, Ukraynada radikalların və ekstremistlərin gördüyü bütün işlərə ABŞ dəstək verir. Baxın, istənilən münaqişədə Qərb milli azlıqlara üstünlük verir, amma Ukrayna məsələsində Avropanın bu dəyəri arxa plana keçib”, nazir söyləyib.
Xarici işlər nazirinin fikrincə Vaşinqton Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə etmək istəyir. Ukrayna iqtidarında isə “provokatorlar " yetərincədir. Belə bir vəziyyətdə biz Ukrayna prezidentinin xəttində olanlarla işləməyə üstünlük veririk./musavat/
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı