Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

"ABŞ bölgədə barıtla oynayır"

“Amerika İŞİD-ə qarşı savaş bəhanəsi ilə bölgəni müharibə meydanına çevirmək istəyir”.

Bu fikirləri İran parlamentinin sədri Əli Laricani bildirib.

ABŞ-ın İŞİD-lə bağlı strategiyasını tənqid edən Laricani bildirib ki, Qərb ölkələri, o cümlədən Amerika terrorla mübarizə adı altında öz mənfəətlərini güdürlər.

“Qərb ölkələri terrorizmə dəstək verərkən başlarına belə bir bəlanın gələcəyini bilmirdilərmi? Amerikanın İŞİD-ə qarşı mücadilə bəhanəsi ilə bölgəni savaş meydanına çevirməməsi üçün diqqətli olmalıyıq”.

Spiker qeyd edib ki, vaxtilə Qərbin idarə etdiyi terrorçu qruplar hazırda onlardan üz döndəriblər.

"ABŞ-ın bu məsələdə uğur qazanmamasının səbəbi öz maraqlarını hər şeydən üstün tutmasıdır. ABŞ-ın Suriyadakı terrorçu qruplara dəstək olmasının şahidi olduq. Burdan səslənirəm ABŞ-a, sizin İŞİD-ə qarşı koalissiya yaratmağınızın səbəbi nədir? ABŞ bölgədə barıtla oynayır”.
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber