Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

Bakıda 40-45 yaşlarında kişinin dəhşətli ölümü

Sentyabrın 14-nə keçən gecə, saat 02 radələrində Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Azadlıq" meydanında naməlum avtomobil Neftçilər prospektini qaça-qaça keçməyə çalışan 40-45 yaşlı piyadanı vurub. Zərbənin gücündən piyada 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Qəzanı törədən avtomobilin sürücüsü nəqliyyat vasitəsi ilə birlikdə ərazidən uzaqlaşıb.

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə təhlükəsizlik kameraları sıx yerləşdirilib. Hazırda piyadanı vurub öldürən sürücünün və avtomobilinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı