Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

Sevil MMC-nin itkin düşən işçisi tapıldı

Təsisçisi və rəhbəri həbs edilmiş “Sevil” MMC-nin əməkdaşı, tikinti sahəsində çalışmış və bir neçə gün əvvəl yoxa çıxan Vüqar Qurbanovun yeri bəlli olub.

İtkin düşən şəxsin qardaşı Xəqani Qurbanov interpress-ə xəbər verib.verib.

Onun sözlərinə görə, cümə günü saat 16:00-dan etibarən xəbər almaq mümkün olmayan Vüqar Qurbanovun harda saxlanıldığı, nəhayət, bu gün məlum olub.

“Bizə məlumat verildi ki, Vüqar Abşeron rayon Polis İdarəsində saxlanılır. Ona 15 sutka həbs verilib. Ancaq bunun səbəbləri barədə heç bir məlumat ala bilməmişik. Qardaşımın nə etdiyi, nə üçün cəzalandırıldığı məlum deyil. O da “Sevil”lə bağlı əziyyət çəkənlərdən biri olub. İşləyib, ancaq pulunu ala bilməyib. Elə pulunu almaq üçün də evdən çıxıb və itkin düşüb. 3 günlük axtarışdan sonra onun Abşeronda saxlandığını bildiriblər” -deyə X.Qurbanov bildirib./ans/
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber