Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2014

Böyrəkləri necə qoruyaq?

Böyrəklərimiz sağlam bir həyat sürməmiz üçün ən əhəmiyyətli orqanımızdır. Həddindən artıq faydaları olan bir orqanı qorumaq üçün ilk öncə qidamıza fikir verməliyik.

Çoxlu su için

Böyrəklərin filtrasiya funksiyasını həyata keçirməsi üçün, toksik maddələri ata bilməsi üçün kifayət qədər suya ehtiyacı var. Az su içmək böyrəklərdə şiş problemi yaradır. Belə olduğu halda toksik maddələr bədəninizə zərər verəcək, hətta böyrək daşı da əmələ gətirəcək.

Duzu azaldın

İmtina edə bilmədiyimiz vərdişlərimiz, damaq dadımız var. Bir çoxumuz hətta yeməklərin dadına baxmadan öncə duz belə səpir. Düzdür, bədənimizin duza da ehtiyacı var. Ancaq duzdan çox istifadə qan təzyiqini artırır və böyrəyin funksiyalarına təsir edir.

Şəkər və şəkərli qidalardan uzaq durun

Duz kimi şəkərin də bədənimizə bir çox mənfi təsiri var. Həddən artıq şirniyyat, şəkər qəbul etmək isə sidik kisəsində ifraz olunmamış zülalın yığılmasına səbəb olur.

Qəhvə içməsəniz də olar

Dietoloqlar qeyd edir ki, çox miqdarda qəhvə qəbul etmək tərkibindəki kofein səbəbindən qan dövriyyəsini yavaşladır, həmçinin böyrəklərə də təsir edir.

Haram olan spirtli içkidən çəkinmək

Haram olan spirtli içkilərdən çəkinmək lazımdır. Spirtli içki qaraciyər və böyrək sağlamlığınızı ciddi şəkildə təhdid edir. Spirt toksik maddə miqdarını artırıb böyrəklərinizə qalıcı fəsadlar yaradır.
1006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı