Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Qardaş bacısını qətlə yetirdi

Oğuz rayonunda qardaş bacısını qətlə yetirib. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir

Hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Vasif İsmayılov bacısı, 27 yaşlı Hədiyyə İsmayılovanı bıçaqlayaraq qətlə yetirib. Qohumlarının söylədiyinə görə, Hədiyyə İsmayılova ailəlidir və rayonun Bayan kəndində yaşayır, iki övladı var.

Hadisə baş verən gün, Hədiyyə İsmayılova yaşadığı Bayan kəndindən ata evinə, Qarabaldır kəndinə gəlib. Qardaş-bacının arasında münaqişə yaranıb və stolun üstündəki bıçaqla Vasif bacısı Hədiyyəni qətlə yetirib. Hadisəni törədən Vasif İsmayılov artıq saxlanılıb. Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./apa/
1905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı