Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

Ukraynada daha 73 nəfərin mübadiləsi baş tutdu

Ukrayna ordusu ilə Rusiyayönümlü qüvvələr arasında məhbus mübadiləsi dünən də davam edib. Ötən gün Donetsk yaxınlığında ölkənin şərqində gedən döyüşlərdə hər iki tərəfdən girov götürülmüş daha 73 nəfərin mübadiləsi baş tutub.

"Biz mühasirəyə alınmışdıq. Təslim olmaq məcburiyyətində qaldıq. Bizə dedilər ki, təslim olun, yoxsa yarım saat ərzində burada hər şeyi məhv edərik. Biz də təslim olmağa məcbur olduq." - hökumətə təhvil verilən ukraynalı əsgərlərdən biri belə deyib.

Mübadilə prosesində ATƏT müşahidəçiləri də iştirak edib. Bir neçə gün əvvəl də ATƏT nümayəndələrinin iştirakı ilə 31 nəfər girov və məhbusun mübadiləsi baş tutmuşdu. Mübadilə sentyabrın 5-də qüvvəyə minmiş atəşkəs çərçivəsində həyata keçirilir.

BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində aprelin ortalarından davam edən silahlı münaqişə 3000-dən çox adamın həyatına son qoyub.
821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber