Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

Türkiyədə icazəsiz aksiyada 2 polis yaralandı

Türkiyənin Şırnak vilayətində yenidən iğtişaşlar baş verib. Vilayətin inzibati mərkəzi Cizrə rayonunda icazəsiz aksiya zamanı iğtişaşlar nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Bu gün başlayacaq yeni tədris ilini boykot etməyə çağıran etirazçılar bəzi yolları bağlayıblar. Polis yollarda barrikadalar qurub təkərləri yandıran etirazçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları polisin zirehli avtomobillərinə "molotoff kokteyli", səs bombaları və kustar üsulla hazırlanmış partlayıcılarla hücum ediblər. Yaralanan polislər də "Molotoff kokteyli"nin düşdüyü zirehli polis avtomobilində olublar.

Toqquşmalar gecə boyu davam edib.
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı