Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Doğuş zamanı daha bir ana ölümü

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

Hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.

Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova faktı təsdiqləyib.

Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.

Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır./apa/
2458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP