Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

Eldəniz Quliyevin müşaviri siyasi sığınacaq istədi

Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyevin müşaviri Seyran Rəfiyev Azərbaycanı tərk edib.

O, ailəsi ilə birlikdə Avropaya gedib və ötən həftənin 5-ci günü sığınacaq almaq üçün Hollandiya hökumətinə müraciət edib.

Qeyd edək ki, Eldəniz Quliyev son günlər həbs olunmaq təhlükəsini yaşayır. Lakin
Seyran Rəfiyevin adı E.Quliyevlə DİN arasinda olan gərginlikdə hallanmayıb. Lakin ola bilsin ki hadisənin mətbuata, ictimaiyyətə belli olmayan tərəfləri də var.

Məsələ ilə bağlı Eldəniz Quliyevlə əlaqə saxladıq. O, xəbəri təsdiqləyib:«Doğru xəbərdir. Seyran bəy ölkədən getdi. Bizim DİN-lə olan məlum qarşıdurmadan sonra o, bir sıra problemlərlə üzləşdi və getmək qərarını verdi”.

Qeyd edək ki, bir neçə gün əvvəl məhkəmənin qərarı ilə Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyulub./AzNews/
925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42