Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

ABŞ-da baş verən atışmada 6 nəfər yaralanıb

ABŞ-ın Ankoric şəhərində (Alyaska ştatı) naməlum şəxslər yerli barlardan birinin girişində atəş açıblar.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat verib.

Məlumata əsasən, bar önündə dayanan insanlar arasında yaranan mübahisə altı nəfərin yaralandığı atışma ilə nəticələnib. Odlu silahdan açılan atəş nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hazırda 20-30 yaşlarında olan iki şübhəlinin axtarışı aparılır./Salamnews/
1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP