Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

Polis Cəlilabadın Maşlıq kəndini nəzarətə götürdü

Sentyabrın 9 – dan 10 – na keçən gecə Cəlilabad rayon Maşlıq kəndində baş vermiş qətldən sonra, polis kənddə keşik çəkir.

Öldürülən Həbib Şahbazovun yaxınları qisas məqsədi ilə onu öldürən Elman Həsənovun evinə bir neçə dəfə hücum ediblər. Hətta hücumlardan birində Elman Həsənovun qardaşı Orxan Həsənov möhkəm döyülüb. Artıq Həbib Şahbazovun Rusiya Federasiyasında yaşayan qardaşları da yas mərasiminə gəlib. Bununla bağlı Elman Həsənovun ailəsi təhlükəsizliklərinin təmin olunması üçün polisə müraciət ediblər.

Hal – hazırda polis kənddə keşik çəkir. Elman Həsənovun qardaşı, Orxan Həsənov isə qarşı tərəfdən gizlədilir.

Xatırladaq ki, senyabrın 9 – dan 10 – na keçən Cəlilabad rayon Maşlıq kəndində qətl hadisəsi qeydə alınmışdı. Münaqişə zəmnində kənd sakini 1991 – ci təvəllüdlü Elman Elçin oğlu Həsənov, həmkəndlisi 1991 – ci il təvəllüdlü Həbib Beytulla oğlu Şahbazova çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib. Könüllü polisə təslim olan Elman Həsənov istintaqa ifadəsində Həbib Şahbazovu öz evində yaxaladığını bildirib.
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20