Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

“20 qəpik”lik insan həyatı... - Fotolar

Marşrut avtobuslarında qiymətlər artsa da, insan həyatının qiyməti stabil olaraq qalır – 20 qəpik. Bəli, avtobuslarda insan ömrünün qiyməti 20 qəpik qədədir, hətta daha dəyərsiz.

Bu yaxınlarda 18 yaşlı gənc, Bəhruz İdris oğlu Cəfərovun 71 saylı sərnişin avtobusundan yıxılaraq ölməsi hamımızı dəhşətə gətirdi. Düşündük ki, yəqin bu dəhşətdən, faciədən, biyabırçılıqdan sonra Nəqliyyat Nazirliyi hansısa tədbirlər görəcək, avtobuslarda sərnişinlərin sallanaraq daşınmasının qarşısını alacaq. Amma bir gəncin ölümü belə nazirliyin insan həyatına verdiyi dəyərin qiymətini qaldıra bilmədi.

Əslində bu problem uzun illərdi ki var və nəqliyyat naziri Ziya Məmmədovun da bu problemlərdən xəbəri olmamış olmaz, əgər xəbəri yoxdursa bu daha böyük faciədir. Nazir 18 yaşlı gəncin ölümündə birbaşa rəhbərlik etdiyi nazirliyin günahkar olduğunu da yaxşı bilir. Amma qarşısını almaq üçün barmağını tərpətdimi?...

Marşrutlarda insanların bir-birinin belinə mindirilməsi, avtobusun normadan 2 dəfə artıq doldurulması məsələsini artıq qoymuşuq bir kənara, bunu sinəmizə çəkmişik. Nəqliyyat Nazirliyi artıq bu məsələni leqallaşdırıb. Biz dözərik deyirik. Amma bununla da gözləri doymur axı. 20  qəpiyə görə həyatımızla oynayırlar axı. Buna göz yummaq olmaz axı. 18 yaşlı gənc həyatını itirməsi vicdanları oyatmadı bəyəm?... Bu ölkədə insan həyatı bu qədərmi dəyərsizdi?...

Bu gün Sulu Təpədən 20 Yanvar istiqamətinə gedən avtobuslarda yenə həmin biabırçı vəzyyəti, gənclərin avtobusdan sallanaraq getdiyini görəndə, ruh düşkünlüyü yaşadım. Əlimi üzdüm hər şeydən. Bizim həyatmız 20 qəpikdir.../simsar/


 

1035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:08