Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

İraq prezidenti İŞİD-lə mübarizəyə İranın da cəlb olunmasını istəyir

“İŞİD terrorçuları ilə mübarizə yönündə beynəlxalq koalisiyada İran da iştirak etməlidir”. İraq prezidenti Fuad Məsum sentyabrın 15-i Parisdə İraqdakı vəziyyətlə bağlı keçiriləcək beynəlxalq konfrans ərəfəsində belə açıqlama verib.

Məsum İraqla İran arasında min kilometrə qədər ümumi sərhədin olduğunu qeyd edib: “İran nəhəng regional dövlətdir, böhran vəziyyətinin ilk vaxtlarından bizə humanitar və hərbi yardım göstərir. Məhz “İŞİD”lə mübarizə beynəlxalq ictimaiyyətin birləşməsinə təkan verməli, bütün ixtilaflar ikinci plana keçməlidir”.

Xatırladaq ki, bu gün Parisdə Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə İraqdakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir. Konfransa 20 ölkənin rəsmiləri qatılıb.

Bu yay “İraq-Şam islam dövləti” (İŞİD) adı ilə qurulmuş, sonradan “İslam dövləti” adı götürmüş terrorçu qrup İraqın və Suriyanın bir hissəsini işğal edərək kütləvi qətllər törədir.
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:12