Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Allahın salamı olsun sizlərə. mümkünsə vilayəti fəqih haqqında məlumat yazasız.Yəni vilayəti fəqih kimi qəbul edib etməmək. Əgər müqəllidin müctehidi qəbul edir müqəllid etmir və ya müqəllid qəbul edir müctehidi qəbul etmir bunun hökmu nədir?

Ad: İlham, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Əgər siz Ayətullah əl-üzma Məkarim Şirazinin vilayəti-fəqih barədə fətvasını bilmək istəyirsinizsə, onu sizə təqdim edirik.
Ayətullah əl-üzma Məkarim Şirazi vəliyyi-fəqih məsələsi barədə buyurur:

Bizim nəzərimiz budur ki, İslam ölkəsinin idarəsi üçün bütün insanların xaliqi olan Allah tərəfindən icazə verilməlidir (baxmayaraq ki, xalqın bunu qəbul etməsi, bu hədəfi daha da irəli aparmaq üçün bir vasitədir). Həmçinin, əqidəmiz budur ki, qeybət dövründə vəliyyi-fəqih İmam Əsrin (əc) nümayəndəsidir.

Ayətullah əl-üzma Məkrarim "təqlid mərcəsi vəliyyi-fəqihin hökumət məsələlərindəki hökmünə tabe olmalıdırmı?" sualının cavabında buyurur:

Bəli, vacibdir.

Vəliyyi-fəqih barədəki bu sualın: "Əgər vəliyyi-fəqih tərəfindən siyasi, ya ictimai işlərdə ümumi şiələr üçün bir hökm verilsə, digər təqlid mərcələrinin müqəllidləri üçün də təklif gətirirmi? (Yəni onlar üçün bu hökmə əməl etmək vacibdirmi) Digər mövzular necə?"-cavabında isə buyurur:

Hökumət məsələlərində vəliyyi-fəqihin hökmü keçərlidir.

Əgər vəliyyi-fəqih barədə ümumi bir məlumat istəsəniz, yenə də bizə müraciət edə bilərsiniz.

http://sual.nur-az.com/az/
1305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber