Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

“Çerno...ıy” dediyinə görə öldürüb"

"Orxan Zeynalov Şerbakovu ona “Çerno...ıy” dediyinə görə öldürüb" - Vəkil

Yeqor Şerbakovun qətlində ittiham olunan Orxan Zeynalovun vəkili Viktor Anikuşkin müdafiə etdiyi şəxs və zərərçəkmiş arasında münaqişənin nə üçün başlaması barədə danışıb.

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, Viktor Anikuşkinin sözlərinə görə, ittiham olunan Zeynalov və həlak olan şəxsin görüşdüyü qız Kseniya Popova oxşar ifadələr verərək, Zeynalov və Şerbakov arasında davanın sonuncunun təhqirlərindən sonra başladığını bildirirlər.

“Onlar küçədə qarşılaşıblar, gecə idi, heç kim yox idi və bu zaman gənclər bir-birinə diqqət yetiriblər. Şerbakov “Qarag...t” (“Çerno...ıy”) qışqırıb və onlar qızla birlikdə Orxana gülüblər. Əvvəlcə sözləşən gənclər sonra dava ediblər” – deyə, Viktor Anikuşkin bildirib.

Vəkil qeyd edib ki, münaqişənin başlaması haqqında versiyalar Şerbakovun görüşdüyü qız və Orxan Zeynalovun ifadələrində üst-üstə düşür. Onun sözlərinə görə, hazırda Orxan yalnız özünümüdafiə sahəsində günahını etiraf edir, qəsdən qətl törətmədiyini bildirir.
2135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21