Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2014

İraqda kamikadze yetişdirən məxfi qərargahlar aşkarlanıb

Kamikadzeləri yetişdirən qərargahlar Diyala əyalətinin Ziraiyyə və əl-Miqdadiyyə qəzasında aşkarlanıb

İraqın Diyala əyalətində “İslam Dövləti” terror təşkilatına məxsus kamikadzeləri yetişdirən və onlara təlim keçən qərargahlar aşkarlanıb. İnterAz-ın "SumariyaNews”a istinadla verdiyi xəbərə görə, bu barədə Diyala əyalətinin təhlükəsizlik komitəsi məlumat verib.

Bildirilib ki, kamikadzeləri yetişdirən qərargahlar Diyala əyalətinin Ziraiyyə və əl-Miqdadiyyə qəzasında aşkarlanıb. Mənbə burada çoxlu sayda digər ərəb və xarici ölkələrdən gələn təkfirçilərin olduğunu deyib.

Qeyd edək ki, İraqda törədilən terror aktlarının təqribən yarısı təkfirçi kamikadzelər tərəfindən həyata keçirilib. “İslam Dövləti” terror təşkilatı döyüş zamanı belə kamikadzelərdən istifadə edərək minalanmış maşınları qarşı tərəfin mövqelərində partlada və bununlada döyüşlərdə ciddi irəliləyişlər əldə edə bilib.
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı