Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Rusiyadan növbəti addım

Rusiya rəhbərliyi ölkə iqtisadiyyatına tətbiq olunan sanksiyalara qarşı mübarizədə müxtəlif hökumət dairələrini, siyasi partiyaları birləşdirməyə çalışır.

Ötən gün Rusiyanın baş naziri Dmitri Medvedyev bu məqsədlə siyasi partiya liderlərini hakim Vahid Rusiya partiyasının baş qərargahında toplayıb. Medvedyev çıxışı zamanı qeyd edib ki, Qərb ölkələri Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməklə onun gücünü və iradəsini sınayır. Medvedyev Rusiyanın bu cür hədələrə boyun əyməyəcəyini deyib.

“Rusiya məsələnin həlli istiqamətində təklif olunan aldadıcı tədbirlərə inanmayacaq, ölkədə demokratiyanı qoruyacaq və bu prosesi daha da sürətləndirəcək” - deyə Medvedyev qeyd edib.

Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tədbiq olunan növbəti sanksiyaların əsas hədəfində Rusiya bankları, müdafiə təşkilatları və neft-qaz layihələri inkişafını əngəlləyəcək tədbirlər dururdu./ans/
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber