Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Dərmanı əvəz edən qidalar

Yay qurtardı, payız qapını döyür. Bədənimizi isti yay günlərindən soyuq və yağışlı payız mövsümünə keçidə hazırlamalıyıq. Ehtimal olunan infeksiyalarla mübarizə son dərəcə mühümdür. Yaz aylarında çoxumuzun qidalanma və yuxu rejimi qarışdı. Bu səbəbdən istər-istəməz zəifləyən immun sistemimiz müxtəlif infeksiyalara qarşı daha kövrəkdir. Halbuki payızı sağlam keçirmək qış mövsümündə də  bir çox xəstəliklərlə mübarizədə yardımçımız ola bilər. Bu səbəbdən immun sistemini möhkəmləndirmək çox vacibdir.  

Bəs necə? Acıbadem Göytürk Tibb Mərkəzinin diyetoloqu Göknel Dumanlı payıza keçiddə dərman dəyərində 10 qida  haqqında Türkiyə mətbuatına məlumat verib. 

Sarımsağı çiy yeyin

İlaç gibi besinler

Təbii və təsirli antibiotik xüsusiyyətinə malik olan sarımsaq qripdən xərçəngə kimi bir çox xəstəliyə qarşı faydalıdır. Mövsüm keçidlərində bədənin azalan müdafiə mexanizmini gücləndirməyə böyük töhfə verir. Ancaq sarımsağı çiy istehlak etmək lazımdır. Çünki bişirilmə zamanı, mikrodalğalı sobada və ya qurudulduqda sarımsağın tərkibindəki ən qiymətli maddə olan alil sulfid komponentləri azalır.

Zeytun yağı sağlamlıq deməkdir

İlaç gibi besinler

Dünyada son illərdə əhəmiyyət verilən sağlam qidaların başında zeytun yağı gəlir. Məmə, yumurtalıq, qalın bağırsak, yemək borusu, mədə və ağciyər xərçənginə qarşı qoruyucu olduğuna görə çox qiymətli hesab edilir. Ürək və damar dostu olan zeytun yağı eyni zamanda payızda azalan su istehlakına qarşı bağırsaqların işləməsinə də töhfə verir. Salat və hazırladığınız yeməklərə sonradan əlavə edəcəyiniz saf zeytun yağı bədənin müqavimətini də artırır.

Zəncəfili rasiondan əksik etməyin, amma...

İlaç gibi besinler

Qidalanma vərdişləriniz arasında zəncəfilə mütləq yer verin. Saysız-hesabsız faydası olan, möcüzə qida adlandırılan zəncəfil ağ ciyərdən qalın bağırsağa, qara ciyərdən lenfoma, leykemiya, ən təhlükəli dəri xərçəngi növü olan bədxassəli şiş melanom, məmə, mədə, mədəaltı vəzi və yumurtalıq xərçənglərinə qarşı faydalıdır. İmmunitet sistemini möhkəmləndirməyə də fayda verir.

Ancaq zəncəfil istifadə edərkən diqqətli olmaq lazımdır. Belə ki, zəncəfilin fəsadları da mövcuddur: Mədə yanması və ekzema. Çox miqdarda istehlak edildikdə zəncəfil mərkəzi sinir sisteminə təzyiq edir  və ürəkdə ritm pozğunluğuna səbəb olur. Laxtalanmanı zəiflədən dərmanlarla birlikdə istifadə edilməməli, çünki qanmaya səbəb ola bilər.

Yaşıl çayı qədərində istehlak edin

İlaç gibi besinler

Xüsusilə infeksiyaların qapımızı döyməyə başlayacağı və isti içkilərin daha dəyərli olacağı payızda yaşıl çay əhəmiyyətli bir şəfa anbarıdır. Qədərində istehlak edilərsə, əhəmiyyətli faydalar vəd edən yaşıl çay qara ciyər, prostat, ağciyər, mədəaltı vəzi və qalın bağırsaq xərçənginə qarşı qoruyucu təsiri ilə diqqət çəkir. Bir dilim limon əlavə edərək istehlak edəcəyiniz yaşıl çay  yüksək antioksidant xüsusiyyəti ilə içkilərin baş tacıdır. Ancaq onun istehlakında ifrata varmayın. Günə 3 fincan yaşıl çay istehlakı ilə kifayətlənin.

Brokkoliyə süfrənizdə yer açın

İlaç gibi besinler

İnsanı ürək-damar xəstəliklərindən qorumaqda çox qiymətli qida olan brokkoli xərçəngə qarşı da ən əhəmiyyətli qoruyucu bitkilər arasında yer alır. Xolestrolun səviyyəsinin azaltmaq xüsusiyyəti ilə yanaşı, B qrupu vitaminlərini ehtiva etməsi infarkt, damar tıxanıqlığı və iflic kimi xəstəliklərdən qoruyur. Göknel Dumanlı brokkolinin əsl faydalı maddəsinin acı dadını verən sülfürofandur olduğunu bildirir. Bu maddə brokkolidə bol miqdarda var. Xüsusən də immunitet sistemini qüvvətləndirmək üçün payızda brokkoliyə süfrənizdə yer verin.

Narsız olmaz, lakin...

İlaç gibi besinler

Piştaxtalarda yerini almağa başlayan nar bərəkətin simvoludur. Bu gün  təbii antibiotik kimi səciyyələndirilən və minlərlə ildir istifadə edilən bitki mənşəli məhsulların başında gələn narın faydası o qədər çoxdur ki, saymaqla bitməz. Xərçəngə qarşı qoruyucu təsiri ilə də diqqət çəkən nar xüsusilə baş-boyun, qalın bağırsaq, leykemiya, döş və prostat xərçənglərinə qarşı faydalıdır. Gündə 50 milli nar suyunun uzun müddətli istifadə edilməsindən fayda görəcəyinizə əmin olun.  Ancaq aşağı təzyiqli insanlar nar istehlak edərkən diqqətli olmalıdırlar. Çünki narın təzyiqi aşağı salma xüsusiyyəti mövcuddur.

Badam anemiyanın qarşısını alır

İlaç gibi besinler

Maqnezium, dəmir və kalsium anbarı olan badam orqanizmin enerji istehsalında mühüm rol oynayır. Tərkibindəki riboflavin toxumaların bərpasına yardımçı olur. Bəzi xərçəng xəstəliklərinin inkişafının və qanazlığının qarşısını alan badamın bir porsiyasında (23 ədəd) 75 milliqram kalsium, gündəlik alınması tövsiyə edilən E vitamini ehtiyacının yarısı var. Ən yaxşı bitkisəl zülal qaynaqlarından biri olan badam ürəyin ən yaxşı dostudur. Badam yağı doymamış yağ olduğundan qandakı xolesterin səviyyəsini aşağı salmağa yardımçı olur.

Sarıkökü yeməklərə qatın

İlaç gibi besinler

Tərkibindəki maddələrlə mühüm bir xərçəng döyüşçüsü olduğu sübut olunan sarıkök alzheimerdan diabetə qədər bir çox xəstəliyə qarşı da faydalıdır. Gündə 3 çay qaşığı sarıkökü yeməklərinizə qata və ya çay olaraq istehlak edə bilərsiniz. Ancaq həddini aşmamaq şərtilə. Uzun müddətli və çox istifadə mədənin sümük toxumasının dağılmasına səbəb ola bilər. Hamilələr və körpəsini döşlə əmizdirən analar isə həkimlə məsləhətləşmədən bu ədviyyatdan istifadə etməməlidirlər. Kiçik öd daşları, qara ciyər iltihabı, mədə və on iki barmaq bağırsağında xora, mədəsində  qastriti olanlar da sarıkökdən istifadə etməməlidirlər. Qan durulaşdırıcı dərmanlarla birlikdə də qəbul olunmamalıdır.

Bir dilim alabalıq

İlaç gibi besinler

Balıq mövsümünün açılması ilə sağlamlıq anbarı olan alabalıq yenə diqqət çəkir. Tərkibindəki Omega-3 yağı ilə saysız-hesabsız faydası olan alabalıq infarktın qarşısını almaqdan immun sistemini gücləndirməyə qədər mükəmməl bir qidadır. Hər ötən gün yeni bir faydası ortaya çıxaran Omega-3-ün qan təzyiqini aşağı salmaqdan tutmuş bir çox xəstəliklərə qədər çox faydası var. Alabalıq eyni zamanda aşağı xolesterin və doymuş yağ ehtiva edən mükəmməl bir zülal qaynağıdır.

Paxlalı bitkilər

İlaç gibi besinler

Acıbadem Göytürk Tibb Mərkəzinin diyetoloqu Göknel Dumanlı deyir ki, payız mövsümünə keçiddə sağlamlıq üçün yetərli və balanslı qidalanma şərtdir. Antioksidant təsirə malik  A, C və E vitaminləri başda olmaqla minerallar və Omega-3, Omega-9 yağ turşularının təbii yollarla alınmasının lazım olduğunu vurğulayan Dumanlı, B qrup vitaminləri, kalsium və lif baxımından zəngin və zülal baxımından ətə bərabər tutulan paxlalı bitkilərin mütləq istehlak edilməsi lazım olduğuna diqqət çəkir./tabloid/

1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP