Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Masallı sakinlərinə işlətmədikləri qaza görə fantastik borc yazılır

Masallıda bir sıra sakinlərə istifadə etmədikləri qaza görə böyük məbləğdə borc yazılıb. Sakinlər Masallıda vətəndaşlarla görüş keçirən deputat Elmira Axundovaya bununla əlaqədar şikayət ediblər. Məlum olub ki, bu hal Masallının təkcə bir-iki kəndində deyil.

Masallının Ərkivan qəsəbəsindən Əli Fətəliyev, Nəbi Mirzəyev, Famil Allahverdiyev və digərlərinin dediyinə görə, heç bir əsas olmadan onlara 400-500 manat dəyərində qazpulu borcunun olması haqda bildirişlər göndərilib. Halbuki, həmin şəxslər qəbz əsasında hər ayın ödənişini ediblər və əvvəlki aylara görə borcları yığılmayıb.

Qeyd olunan borc üzündən bir sıra evlərə qaz verilməsində problemlər yaranıb. Borcun necə və hansı müddətə yaranması haqda isə rayonun Qaz Istismar Idarəsindən vətəndaşlara heç bir tutarlı açıqlama verilmir.

Masallıdan deputat olan Elmira Axundovaya kollektiv şəkildə şikayət edən vətəndaşlar bildiriblər ki, təkcə Ərkivan, Boradigah qəsəbələrində yüzlərlə ailə bu cür anlaşılmazlığın qurbanıdır. Ümumiyyətlə, Masallı rayonunda isə minlərlə bu cür ailə var.

Deputat da öz növbəsində vətəndaşları əmin edib ki, qaldırılan problemlərin həllilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracaq.

Masallı Qaz Istismarı Idarəsinin rəisi Seyran Şahverdiyev isə “Azadlıq”a açıqlamasında yaşanan problemdən xəbərsiz olduğunu bildirib. Qeyd edib ki, rəsmi şəkildə müraciət olunsa, məsələyə aydınlıq gətirərlər: “Rəsmi şəkildə müraciətlər etsinlər, biz də onlara rəsmi cavab verək. Görək ki, nə məsələdir”./modern/
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber