Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

SOCAR-ın basqınına məruz qalan ailə

Saray qəsəbəsindəki Həsənovlar ailəsi 2 ildir ki, evlərində rahat yaşaya bilmirlər. Ailənin dediyinə görə, buna səbəb Dövlət Neft Şirkətinə məxsus avtobuslarla bir neçə şəxsin evlərinə gəlib, onlara təzyiq etməsidir. SOCAR işçiləri ailəyə bildiriblər ki, evləri Bakı-Ceyhan-Neft kəmərinə yaxın olduğu üçün onlar işçilərə 5 min manat ödəməlidirlər. Ailə pulunun olmadığını bildirib. Sonuncu iki gəlişlərində isə işçilər ailəni döyüblər. Ailə başçısı Mövlud Həsənov evlərinə olan sonuncu hücümdan danışır: “Yoldaşımı və məni tutdular. Qızım qaçdı ki, telefonu götürüb, onların əməllərini videoya çəksin. Üç nəfər qızın üstünə cumdu. Telefonu alıb, çırpdılar yerə. Telefon parça-parça oldu. Sonra aləm qarışdı bir-birinə. Başladılar evə hücum etməyə”.

Ailənin xanımı Durna Həsənovanın sözlərinə görə,o, SOCAR işçilərinə pulunun olmadığını dəfələrlə deyib. Buna baxmayaraq, evindəki 200 dolları işçilərə verməli olub: “Deyirəm mənim pulum yoxdur. Deyirlər onda tikmə. Sual verirəm ki, mən 200 dollar və ya 5 min manat verəndə, neft kəməri buradan götürülür?”

Mövlud Həsənov deyir ki, əvvəllər evinin üstünü qaldırmaq istəyib. Lakin işçilər müdaxilə edəndən sonra bu fikrindən daşınmalı olub. Ailə başçısı onu da deyir ki, qonşularının pulu olduğuna görə, onların ev tikməsinə göz yuman neft şirkətinin əməkdaşlarına bütün qanunsuz əməllərindən prezidentə şikayət edəcəyini deyib. İşçilərin cavabı isə belə olub: “Mənə deyir ki, bizi prezident göndərib. Özü də elə tonda deyir ki, elə bil məni qıcıqlandırır. Özləri də 4 nəfər məni tutublar. Çıxa da bilmirəm əllərindən. O biri tərəfdə də yoldaşımı tutublar. Qadın xeylağıdır, bütün üst-başı açılıb. Qıza hücüm edirlər, nalayiq söyüşlər söyürlər qıza. Hansı etikaya, qanuna sığır bunlar? Orada mənim yerimə bir başqası olsa idi, vurub, kimi isə öldürərdi. Hələ mən səbirli adamam”.

Üzünün görülməsini istəməyən evin qızı döyüldükləri günü belə xatırlayır: “Qonşular gəldi. Qonşuları qovub, darvazanı bağladırlar. Sonra gəlib, dedilər ki, biz sizi görməmişik. Tikərsiz, çıxıb getdilər. 2 gün sonra yenə gəldilər. Onda 10 nəfər gəlmişdilər. İndi 40 nəfər gəldilər. Görürüəm ki, atamı döyürlər, anamı oğlan yıxıb yerə ayağı ilə qarnından sıxır”.

Ailənin qızı deyir ki, baş verənlərə görə, hətta, Azərbaycandan imtina etməyi də düşünbələr: “Yəni yiyəsizik biz? Yiyəsiz deyil axı, bu dövlət. Vallah, mən nifrət edirəm. Biz bu ölkədən imtina edib, getmək istəyirdik. O vəziyyətə salmışdılar bizi. Mən bilirəm axı, bizim dövlətimiz belə deyil”.

Ailə deyir ki, polis onların işini araşdırmaqda maraqlı görünmür. Hadisəni araşdıran Abşeron Rayon Polis Şöbəsinin tədqiqatçısı Rahib Yunusov Meydan Tv-yə bildirib ki, istintaq araşdırması bu gün yekunlaşacaq.

Məsələ ilə bağlı Meydan TV-nin SOCAR-a ünvanladığı sorğunun üzərindən 3 gündən artıq vaxt keçsə də, Dövlət Neft Şirkəti baş verən hadisəyə münasibət bildirməyib.
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı