16 Sentyabr 2014
İctimaiyyət SDU-dakı hicab qadağasını qınadı

Belə ki, adları açıqlanmayan 3 tələbə hicablı olduqları üçün universitetə buraxılmayıb.
İslamazeri.az İnternet Qəzeti məsələ ilə bağlı ictimai-siyasi şəxslərdən münasibət öyrənib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, “Əgər orta məktəblərdə və digər təhsil müəssisələrində vahid geyim forması təyin olunursa və bu formaya bəzi imkansız ailələrin gücü çatmırsa hökumət bu ailələrə yardım etməlidir. Bu Sovet dövründə də belə olub, Türkiyədə də hal-hazırda belədir, digər ölkələrdə də belədir. Qaldı ki, hansısa qərar qəbul edib insanların təhsil hüququna müdaxilə etməyə, bu, qəbul edilməzdir. Vahid forma geyinmək öhdəlik və ya borc deyil. Bu, Konstitusiyada təyin olunmayıb. Amma təhsil almaq hüquqdur. Sən kimsən ki, formanı və ya qanunda olmayan başqa şeyi bəhanə edib insanların təhsil hüququnu tapdalayasan. Bu açıq-aşkar Konstitusiyanı pozmaqdır. Bu məsələyə icra hakimiyyəti və qanunverici orqan müdaxilə etməlidir. O universitetin vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərinin qarşısı alınmalıdır və tələbələr azad şəkildə təhsillərini almalıdırlar.”
Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyevi bildirib ki, “Bu hadisə artıq bütün əndazələri aşdı. Azərbaycan hakimiyyətinin hicabla bağlı qadağası yoxdur. Bu suala bir başa Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici kiv nümayəndəsinə müsahibəsi zamanı cavab verdi. O dedi ki,”Bizdə demokratiyadır və bizdə qadağa yoxdur. Bundan sonra bunlar belə edirlərsə həm konistutisiyaya qarşı gedirlər, həmdə ölkə rəhbərinin göstərişinə qarşı gedirlər. Bundan əlavə Azərbaycanda demokratik quruculuğa qarşı gedirlər. Bunlar hətta deyərdim ki, Allahsızlıq edirlər. Allah bunların üzlərini qara eləsin. Orta məktəblərdə narkomaniyaya qurşanan uşaqlar var. Bununla məşğul olmalıdırlar. Azərbaycan təhsilinin səviyyəsi pis gündədir. Bununla məşğul olmalıdırlar. Düşüblər 3 nəfər qızı arxasınca. Mən bunların əvəzinə utanıram. Ayıb olsun bu qadağanı tətbiq edənlərə.”
Milli Şura üzvü, hüquqşünas Vidadi Mirkamal deyib ki, “Azərbaycan Resbublikasının Konstitusiyasında vətəndaşların hüquq və vəzifələri aydın göstərilmişdir. Orada vicdan azadlığı hüquqi qanunvericilik yolu ilə təsbit edilmişdir. Bu hüquqlara hamı hörmət etməyə borcludur. Həmçinin SDU-nin rəhbərliyi kimi hər bir qurum da özü istədiyi kimi qanuna təfsir verməyə haqlı deyildir. Bu insan hüquqlarının kobud surətdə pozulmasıdır.”
Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Ruhullah Novruzzadə bildirib ki, “Bağışlayan və Mehriban Allahın adı ilə. Əvvəla, bunu deyim ki, hicabın müasirliklə heç bir əlaqəsi yoxdur. Müasir dedikdə "əsrlə, dövrlə uyğunlaşan" mənası zehndə yaranır. Gəlin qəbul edək ki, ölkəmiz müasirliyi xarici ölkələrdən, xüsusən qardaş ölkə Türkiyədən əxz edir. Lakin Türkiyədə hicab müasirliyə zidd bir əməl kimi qeydə alınmır. Əksinə ölkə başçısının xanımı da hicabla konfrans və görüşlərdə iştirak edir. Bu sözü deyən (hicabı müasirliyə zidd bilən), cənab Ərdoğanın xanımını müasirlikdən uzaq bilir? İnanın ki yox, mən tam əminliklə deyirəm ki, bunu deyən şəxsin gücü yalnız bizim hicablı bacılarımıza çatır. İkincisi, bu şəxs şəxsiyyət vəsiqəsində çəkilən fotoya istinad edir. Halbuki biz bu işin də yanlış və qanunsuz olduğunu bildiririk. Mən hər dəfə bu barədə düşünəndə, özü-özümə deyirəm: Axı biz niyə o zamanlar bu məsələnin üzərinə layiqincə düşmədik? Bu şəxsin bu barədə söz açması yaxşı oldu. Allahın izni ilə bu minvalla bu məsələni qabartmaq və əziz ana-bacılarımızı yad gözlərdən qorumaq üçün yaxşı fürsət əldə etmişik - deyə düşünürəm. Baxın! Azanın səsi kəsilir ki, sakinlər şikayət edir. Yəni bu barədə xalqın fikri qeydə alınır. Lakin biz şikayət etdiyimiz zaman bizim səsimizə səs verən yoxdur. Bu o deməkdir ki, bəzilərinə xalqın sözü yox, İslamın əleyhinə olan sözlər maraqlıdır. Hər halda biz hüquqlarımızın bərpasından başqa bir şey istəmirik. Yas mərasimlərində israfçılığa fikir və münasibət bildirən əziz qardaşlarımdan bu mövzuya da fikir bildirmələrini xahiş edirəm. Niyə də bildirməyək, axı bu bizim qanuni haqqımızdır. Fikrimcə bu gün minbərlərdə bu problemlərdən danışılmalıdır. Allah hamımızı vəzifəsini bilib əməl edənlərdən qərar versin. Üçüncüsü, bu şəxs təklifdən danışır. Deyir "Biz də öz növbəmizdə tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər." Axı təkliflə qanun ayrı bir şeydir. Təklif yəni məsləhət, nəinki qanun. Bu təklifi qəbul etməyən niyə universitetə buraxılmamalıdır ki? Anlamıram. Ona qalsa, biz də sizə təklif edirik ki, hicablıların girişinə maneə törətməyəsiniz.”
Müsavat Partiyasının divan üzvü Tural Abbaslı açıqlamasında vurğulayıb ki, “Əvvəla, onu qeyd edim ki, 21-ci əsrdə hələ də belə məsələlərin problem kimi təqdim olunması və problem halına gətirilməsi təəssüfləndiricidir. Bu sırf insanların vicdan azadlığı məsələsidir və bu məsələ hər kəsin şəxsi işidir. Kiminsə hicablı olub və ya kiminsə hicabsız olması isə qətiyyən müasirlik və ya gerilik əlaməti kimi tanına bilməz. Əgər böyük bir universitetin rektoru bunu belə qəbul edirsə, bu, ancaq həmin adamın nə qədər dar düşüncəli olmasının göstəricisidir. Müasir Azərbaycanda kimə isə dininə, milliyyətinə, cinsinə görə ayrıseçkilik salırsa, bu, qanunlara və ən əsası da Konstitusiyaya ziddir. Məncə buna qanuni qiymət verilməlidir və həmin rektor qanun qarşısında cavab verməlidir.”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, “Şübhəsiz ki, bu hadisə vətəndaşların hüquq və azadlıqlarına qarşı aşkar hörmətsizlikdir, eyni zamanda təhsil sektorunda xaosun olmasına dəlalətdir. Çünki hicabla təhsil müəssisəsinə gəlməyi qadağan edən heç bir qanun yoxdur. Bu işi kimlərsə Roma papasından çox katolik görünmək üçün edir və böyük də səhvə yol verirlər. Özünü müəllim, pedaqoq sayan şəxs insanların maariflənməsində, təhsil almasında maraqlı olmalıdır, min bir bəhanə ilə xalqın balasını təhsildən kənar saxlamamalıdır. Bu hadisəni kəskin pisləyirəm və haqsızlıqla üzləşən hər kəsdən öz təhsil hüququnun bərpası üçün israr etməyi tövsiyə edirəm. Cəmiyyət də artıq papağinı qabağına qoyub fikirləşməlidir ki, belə barbar idarəetmə bizi hara aparır?”
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyub qeyd edib ki, “Deyilən məsələ ilə bağlı bildirirəm ki, ölkədə insan hüquq normaları bərabər qorunmalı, vətəndaşların azadlıqları əhəmiyyət daşımalıdır. İnsanların siyasi və dini baxışlarına hörmət olunmalıdır. Hicab fərdidir və insan özünün daxili qərarına uyğun hərəkət edirsə, bu dəyərlər qorunmalıdır. İnsanın daxilən azadlığı üstündür. Güclü dövlətlər o yerdə olur ki, orada fərdi-mənəvi azadlıqlar var.”
26.04.18, 22:35
Ərəbistan Yəməndə sionist rejiminə xidmət edir 26.04.18, 22:30
Tramp sağmal inəyini təhqir etdi: Bin Salmanın biti var 26.04.18, 22:24
ABŞ-da neft emalı zavodu partladı 26.04.18, 15:12
DAİM YAŞA SƏN AZƏRBAYCAN - VİDEO 26.04.18, 14:59
SİZCƏ BU CAVANLAR NƏYİ GÖRÜB ŞOKA DÜŞÜRLƏR? - VİDEO 26.04.18, 10:53
Zaxarova: "ABŞ-da Rusiya konsulluğuna basqın ediblər" (VİDEO) 26.04.18, 09:22
Bakıda ofisə basqın zamanı gənc oğlana 14 bıçaq zərbəsi vurulub 26.04.18, 09:14
Bakıda ofisə basqın zamanı gənc oğlana 14 bıçaq zərbəsi vurulub 26.04.18, 09:12
Cənubi Koreya və KXDR liderlərinin görüş vaxtı məlum olub 26.04.18, 09:04
Trampın qadın oxşarı hər kəsi mat qoydu - Foto 26.04.18, 08:43
İngiltərədə aeroport təxliyyə edildi - ŞÜBHƏLİ ÇANTA 26.04.18, 08:39
Rus diplomatlarla görüş: Kreml söz verdi – Paşinyan 26.04.18, 08:38
Stadionun yaxınlığında 5 cəsəd tapıldı 26.04.18, 08:37
Çernobıl AES-də baş verən qəzadan 32 il ötür 26.04.18, 08:35
“Real” “Bavariya”nı yenə də... 26.04.18, 08:31
Kamran Yunis İran tərəfindən mükafatlandırdı 26.04.18, 08:27
26 apreldə gözlənilən hava şəraiti 25.04.18, 19:01
Salyanda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb 25.04.18, 19:00
Həsən Ruhani: “Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir” 25.04.18, 18:01
Rusiya S-400 istehsalına başladı- Türkiyə üçün 25.04.18, 16:20
Atatürk də gəlsə, ona xalqdan səs ala bilməz - Altaylı 25.04.18, 16:15
Əlcəzairdə İsrail casusuna edam hökmü oxundu 25.04.18, 16:12
Votsapdan şok yenilik:16 yaşdan aşağı... 25.04.18, 16:10
Fransa Ərəbistanın Yəməndə toy mərasimini bombalamasını pislədi 25.04.18, 16:07
Ərəbistanın vəhşiliyi BMT-ni dilə gətirdi 25.04.18, 11:00
Formula-1-ə görə millətin başına hələ çox oyunlar gələcək 25.04.18, 10:50
Alpinistlərin itkin düşməsindən 4 ay ötdü 25.04.18, 10:45
İrandan ərəb ölkələrinə sürpriz təklif 25.04.18, 10:43
ABŞ kəşfiyyatına general rəhbər gətirildi 25.04.18, 10:16
Balakəndə 62 yaşlı kişi intihar edib. 25.04.18, 09:56
43 min işçisi olan şirkət Azərbaycanı tərk edir 25.04.18, 09:45
Meksikada tələbələri öldürüb turşuda əritdilər 25.04.18, 09:35
Hansı qidalar qanda xolesterinin səviyyəsini aşağı salır? 25.04.18, 09:06
Bu gün "Bavariya" və "Real Madrid" komandaları qarşılaşacaq 25.04.18, 07:38
Şəkər sinir sistemini sıradan çıxarır - Araşdırma 25.04.18, 07:36
Rusiya Suriyada naməlum uçan aparatları vurdu 25.04.18, 07:35
İrana gedən azərbaycanlıların sayı artıb - Statistika 25.04.18, 07:28
25 apreldə gözlənilən hava şəraiti 24.04.18, 23:43
Bütün ölkə hakim ailənin “iqra” həvəsinin əsirinə çevrilib 24.04.18, 20:00
İraq qırıcıları İŞİD-i bombaladı 24.04.18, 19:55
Vəhabilər fəsadlı təfəkkürü Əlcəzairə gətirdilər 24.04.18, 14:57
Husilərin Səudiyyədən qisası gecikmədi - VİDEO 24.04.18, 14:35
Başımıza gələn nazir 24.04.18, 14:26
Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq... 24.04.18, 11:16
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad Səudiyyə rejiminin hava hücumunda şəhid oldu: 3 günlük matəm elan edildi 24.04.18, 11:10
Eldar Mahmudov ifadə verəcək 24.04.18, 11:00
Bu məhsullar ömrü uzadır. Siyahı 24.04.18, 10:21
Çempionlar Liqası, yarımfinal: Liverpul - Roma 24.04.18, 10:20
Bakı metrosu yenə qarışdı - Vaqonlar boşaldıldı 24.04.18, 10:17
Türkiyədə dəhşətli zəlzələ - 13 yaralı 24.04.18, 09:30
Daha iki vəkilin fəaliyyəti dayandırıldı 24.04.18, 09:24
Kreml: “İranla nüvə sazişinə alternativ yoxdur” 24.04.18, 08:37
Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı - Hər gecə dava düşür+VİDEO 24.04.18, 08:21
Ərdoğana ilginc şərt: Dövləti bizə təslim edin 24.04.18, 08:19
Torontoda mikroavtobus kütləyə çırpıldı: ölənlər var 24.04.18, 08:17
Dar geyinməyin qorxunc təsirləri 24.04.18, 08:12
24 apreldə gözlənilən hava şəraiti 23.04.18, 17:11
Hizbullah lideri: “İsrail rejiminin bütün nöqtələlərini hədəfə alacaq silahlarımız var” 23.04.18, 15:56
DƏHŞƏT - 87 YAŞLI QOCA NƏNƏ ZİBİLLİKDƏ... - VİDEO 23.04.18, 15:08
Yəmənli qadın təsbih deyən halda şəhid oldu - Foto 23.04.18, 15:06
Ərdoğan uduzur: Türkiyənin siyasi sistemi çalxalanır 23.04.18, 15:02
Almaniyadan qərar: Ərdoğana icazə verilməyəcək! 23.04.18, 11:24
Rusiya şəhərində “Mən hicabı sevirəm” aksiyası keçirildi - FOTO 23.04.18, 11:18
Şoyqu 7 nazirlə görüş üçün Pekinə getdi 23.04.18, 11:07
VƏTƏNDAŞI ÖLÜM HƏDDİNƏ KİMLƏR ÇATDIRIB? - VİDEO 23.04.18, 10:19
Hüseyn Abdullayevi Türkiyәdә tutub Azərbaycana gətirdilәr 23.04.18, 10:14
Bakıda kütləvi dava: kişi öz əmisini bıçaqlayıb 23.04.18, 10:13
Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb 23.04.18, 10:02
Ərdoğanın ən böyük rəqibi ortaya çıxdı – İddia 23.04.18, 10:00
ABŞ-Rusiya gərginliyi artır: Növbəti zərbə daha ağır olacaq 23.04.18, 09:57
ABŞ uzaqgörənlikdən məhrum olub - Zərif 23.04.18, 09:56
ABŞ-da daha bir qanlı olay: 4 nəfər güllələndi 23.04.18, 09:54
Ərəbistana ballistik raketlər atıldı 23.04.18, 09:52
Kreslodan qoparılan Abid Şərifovun səhhəti pisləşdi – Təcili 22.04.18, 19:34
İşğalçı israilli hərbçidən şok: Uşaqları da öldürün! 22.04.18, 19:30
İraq qırıcıları Suriyada İŞİD terrorçularını vurdu 22.04.18, 16:52
Zərif: Nüvə proqramı daha sürətli tempdə bərpa olunacaq 22.04.18, 16:50
Türkiyədə dəhşətli qəza: 10 əsgər yaralandı 22.04.18, 16:49
Bakı metrosunda dəhşət: qadın özünü qatarın altına atdı 22.04.18, 16:45
MƏN RƏSULİ-ƏKRƏMİN (S) OĞLUYAM - VİDEO 22.04.18, 11:22
ÜRƏKDAĞLAYAN SƏHNƏ - VİDEO 22.04.18, 11:06
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var 22.04.18, 09:02
Türkiyədə seçkilərə görə 3 partiya birləşdi 22.04.18, 08:54
Zaxarova: Onlar Suriyaya getdi, hesabat hazırlanacaq