Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

"Çox gülməlidir ki, öncə "İŞİD"i dəstəkləyənlər..."

"Çox gülməlidir ki, öncə "İŞİD"i dəstəkləyənlər indi birdən ona qarşı mübarizəyə qalxıb"
“Ölkələr terrorla mübarizə məsələsində sədaqətli və səmimi deyillər”

“Ölkələr terrorla mübarizə məsələsində sədaqətli və səmimi deyillər”. İnterAz-ın Fars agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani deyib.

İran prezidenti dünən Tehranda Slovakiya xarici işlər naziri Miroslav Layçakla görüşü zamanı regionda yenicə həyata keçirilməyə başlayan terrorla mübarizənin arxa planlarından söz açıb və terrora qarşı çıxış edən dövlətlərin bir çoxusunun səmimi olmadığını qeyd edib.

“Məsələnin gülməli tərəfi burdadır ki, terror qruplaşmalarını təchizatlandıran, onları yetişdirən, maddi baxımdan dəstəkləyənlər, bugün birdən-birə onlarla vuruşmağa başlayıblar. Fikirləşirik ki, terrorla mübarizə etmək istəyən ölkələr sədaqətli olsunlar və bunu elan etsinlər, onda onların tövbələrini qəbul etmək olar”.
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...