Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

İraq ordusu "İŞİD"in oğurladığı tanklardan 13-nü geri qaytarıb

Tanklar və zirehli maşınlar Mosulun qərbində əl-İslah əz-Zirai rayonu ərazisində tapılıb

İraq ordusunun xüsusi təyinatlıları Mosulun qərbində “İslam Dövləti” terror təşkilatına məxsus anbarların birindən 16 tank və zirehli maşını aşkarlayaraq geri qaytarıb. İnterAz-ın "SumariyaNews”a istinadla verdiyi xəbərə görə, tanklar və zirehli maşınlar Mosulun qərbində əl-İslah əz-Zirai rayonu ərazisində tapılıb.

Məlumata əsasən, ərazidən 13 tank və 3 zirehli maşın tapılıb ki, onlar iyun ayında İraq ordusu qərargahlarına hücum zamanı oğurlanmışdı.

Qeyd edək ki, iyun ayında “İslam Dövləti” terror təşkilatı İraqın Neynəva və Səlahəddin əyalətlərində irəlilədikdən sonra bu iki əyalətdə yerləşən bir çox hərbi qərargahları ələ keçirib. “İslam Dövləti” terror təşkilatı daha sonra ələ keçirdiyi hərbi sursatları Suriya ərazisinə aparmağa müvəffəq olub.

Ekspertlərin fikrincə, hazırda “İslam Dövləti” terror təşkilatının silah-sursat baxımından heç bir xarici qüvvəyə ehtiyacı yoxdur. Müşahidələr də sübut edir ki, "İŞİD" İraq ordusuna məxsus silahlardan istifadə edərək Suriyanın ər-Riqqa və Dirazzur əyalətlərini tam şəkildə ələ keçirə bilib.
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber