Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

İŞİD-ə qaçan 2 qızdan biri öldü

Avstriyanın paytaxtı Vyanadakı evlərini İŞİD-ə qoşulmaq üçün tərk edən və dünya mediasının gündəminə çevrilən 2 qızdan birinin öldüyü, digərinin isə itkin düşdüyü bildirilir.

Avstriya Daxili İşlər Nazirliyi təmsilçisi Aleksandr Marakovits, dünən The Salzburger Times-a verdiyi açıqlamasında, 16 yaşlı Samra Kesinoviç və 15 yaşlı Sabina Səlimoviç adlı iki qızdan birinin öldüyünə dair məlumat aldıqlarını açıqlayıb.

Məlumat üçün bildirək ki, bosniyalı mürtəce ailələrin qızları olan Kesinoviç və Səlimoviç ötən ay Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qoşulublar. Ailələrinə isə “Suriyaya gedirik. Cənnətdə görüşərik” sözləri yazılan məktub qoyublar. Hər iki cihada qalxan qız İnterpol tərəfindən axtarışa verilmişdi.

Qeyd edək ki, Avstriyadan İŞİD-ə qoşulanların sayı təxminən 130 nəfərdir.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı