Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Bakı küçələrində dilənçi körpə peyda oldu

Bakının küçələrində dilənçi körpə peyda olub.

Təxminən yaşyarımlıq olan uşaq Əhmədli metrosunun çıxışına qoyulub.

Yaşının həddindən artıq az olmasına baxmayaraq artıq ona dilənçilik sənətini öyrədiblər. Adamların gur olduğu nöqtəyə dilənmək üçün qoyulan körpə bu işin öhdəsindən məharətlə gəlir. Oradan keçənlər körpənin əlində tutduğu mis qaba qəpiklər, hətta manat da atırlar. Yəni heç kim bu balaca uşağın onlara uzanan əlini boş qaytarmaq istəmirdi.

Jurnalist Südabə Sərvi şahidi olduğu bu mənzərəyə laqeyd qala bilməyib və dilənçi körpənin şəklini çəkib sosial şəbəkədə paylaşıb. Südabə xanım körpənin qaraçı uşağı olduğunu deyir: "Mən bir neçə qadına dedim ki, nahaq pul verirsiz, görmürsüz bu körpədən istifadə edirlər? Amma hamı öz işindəydi. Keçən-keçən onun açılmış əlinə və qarşısındakı qaba pul atırdı. Çox keçmədi uşağın anası gəldi, pulları götürüb getdi. Mən qadına dedim ki, körpə uşağı niyə diləndirirsən, həm də günün altında? Qadın cavab vermədi. Mən uşağın şəklini çəkdim. Bu vaxt iki-üç qaraçı gənci mənə baxa-baxa yanımdan keçdilər. Təbii ki, şəkli çəkməyimdən narahat olmuşdular. Dərhal uşağı götürüb başqa səmtə apardılar. Çox keçmədi ki, qarşıdan qışqırıq səsləri eşitdim, polis işə qarışmışdı və qadını danlayırdı. Məni ən çox narahat edən isə adamların düşünmədən körpəcə bir uşağa pul vermələri idi."/ans/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber