Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Çempionlar Liqası: qrup mərhələsinin oyunları başlayır

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək.

İlk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.

A qrupunda "Benfika" öz meydanında "Zenit"i, "Yuventus" isə "Malmö"nü qəbul edəcək.

B qrupunda "Liverpul" evdə sürpriz şəkildə qrup mərhələsinə vəsiqə qazanan "Ludoqorets"i sınağa çəkəcək. Qrupun digər oyununda "Real" (Madrid) klubu "Bazel"lə münasibətlərinə aydınlıq gətirəcək.

C qrupunda "Bayer" (Leverkuzen, Almaniya) klubu Fransada "Monako"nun, "Atletiko" (Madrid, İspaniya) klubu isə Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Azərbaycanlı azarkeşlərin bütün diqqəti D qrupuna yönələcək. Burada Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" klubu evdə "Anderlext"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin ilk turunun qalan görüşləri sabah axşam keçiriləcək.

16 sentyabr



Çempionlar Liqası, qrup mərhələsinin ilk turu

A qrupu

23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

23:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç)

B qrupu

23:45. "Liverpul" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan)

23:45. "Real" (Madrid, İspaniya) - "Bazel" (İsveçrə)

C qrupu

23:45. "Monako" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Atletiko" (Madrid, İspaniya)

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Arsenal" (İngiltərə)

23:45. "Qalatasaray" (Türkiyə) - "Anderlext" (Belçika)

17 sentyabr

E qrupu

23:45. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

23:45. "Roma" (İtaliya) - CSKA (Moskva, Rusiya)

F qrupu

23:45. "Ayaks" (Hollandiya) - PSJ (Fransa)

23:45. "Barselona" (İspaniya) - APOEL (Kipr)

G qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Şalke" (Almaniya)

23:45. "Maribor" (Sloveniya) - "Sportinq" (Portuqaliya)

H qrupu

23:45. "Portu" (Portuqaliya) - BATE (Belarus)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillilər Netan