Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2014

Suriyaya adam qaçıran İŞİD-çi: “Pul qazanıram”

Dünyanı lərzəyə gətirən və tükürpədici edam səhnələri, qətlləri ilə meydan oxuyan İŞİD bəlasının yeni-yeni gizlinləri açılır.

Bu günlərdə “Buzz Feed News” mediasının əməkdaşı Mayk Qiqlio sensasion bir faktın izinə düşüb. Jurnalist İŞİD-ə qoşulmağa gedənlərin sərhədi keçməsində köməkçi olan insan alverçisi ilə görüşüb. Şərti adı Yusif kimi təqdim olunmaqla müsahibə verməyə razılaşan şəxs deyib ki, bu günədək min nəfərdən çox terrorçunun sərhədi keçməsində rolu olub:

“Suriyada sərhəd şəhərlərdən birində görüşdüyümüz yeməkxanada oturanda dedi ki, ətrafdakı masalarda olanların hamısı İŞİD üzvləridir. O, bu işə 2012-ci ildən başlayıb. Deyir ki, mənimlə Feysbuk üzərindən ünsiyyət yaradılırdı. Tək istəkləri Əsədə qarşı müqavimətə dəstək vermək idi. İlk aylarda gələnlər ərəblər olsa da, sonradan əcnəbilər də mübarizəyə qoşuldular”.

Yusif çeçen, ingilis, fransız döyüşçülər olduğunu söyləyib:

“Bəzisi arvadları ilə gəlmişdi. Çindən, Argentinadan gələnlərin belə sərhədi keçməsinə köməyim olub. Mən bu işi həm pul qazanmaq üçün etmişəm, həm də hədəfə zərbə vurmaq üçün. Ərəb olmayanlarla görüşəndə Quql tərcüməsi ilə anlaşırıq. Hətta biri onu qaçıracağımdan şübhələnib aradan çıxmışdı”.

Jurnalist yazır ki, əcnəbilər Türkiyənin sərhəd şəhərlərindən İŞİD üzvlərinin köməyi ilə dağlıq yollarla Suriyaya gedirlər:

“Yusif deyir ki, ilk günlərdə müştəri gözləmək üçün çox vaxt keçib. Ancaq indi müştəri çoxdur. Türk polisi insan tacirlərinə xəbərdarlıq etsə də, işlərini davam edirlər. Artıq Yusif insan qaçaqmalçılığı işini buraxsa da, terrorçuların sərhədi keçməsinə yenə kömək edir”.

Yusif müxbirə sonda bunları deyib:

“Əcnəbilər hələ də sərhədi keçməkdə davam edir. Mən indi İŞİD-ə qarşıyam. Ancaq mindən çox döyüşçünü Suriyaya soxduğum üçün peşmam deyiləm”./axar/
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...