Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Rada Donbasa status verdi

Ukraynada parlament Donbas regionuna xüsusi status verib. Ali Radada keçirilən gizli səsvermə zamanı deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyib.

Yeni qanun layihəsində Donbas regionuna özünü idarəetmə hüququ verilməsi nəzərdə tutulur. Qanun qəbul olunacağı təqdirdə Donbas rəhbərliyi öz polisini, məhkəməsini və prokurorluğunu təsis edəcək.

Səsvermə zamanı, həmçinin, münaqişələrdə iştirak edən 287 nəfərin əfvinə dair qərar qəbul olunub.

Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmadan qəbul edilməsi bəzi ziddiyyətlərə səbəb olub. Batkivşina və Azadlıq partiyaları səsvermədə iştirak etməyib. Batkivşina partiyasının sədri – ölkənin sabiq baş naziri Yuliyo Timoşenko qərarın üsyançıları leqallaşdırdığını deyib.

Udar partiyasında millət vəkili Vitali Kovalçuk isə, qeyd edib ki, parlamentdə qəbul olunan qərarlar hökumətin münaqişənin həlli istiqamətində iradəsini göstərir.

Lakin hökumət hələlik Donbas regionuna tam güzəştə getmək istəmir. Belə ki, regionun tam şəkildə tərksilah olması daha çox güzəştlərin ilkin şərtləridir.

Qanun özlərini Donestk Xalq Respubliksı elan edən qurum rəhbərliyi tərəfindən araşdırıldıqdan sonra Donbas regionda ilin sonunda yerli əhali arasında səsverməyə çıxarılacaq.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:52