Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Müayinə üçün xaricə gedən şəxsin evini yıxdılar

Xarici ölkəyə müayinə olmaq üçün üz tutan vətəndaşın paytaxtda baş qaldıran problemləri səfərinin nəticəsini gözləmədən geri dönməsinə səbəb olub. Onun sözlərinə görə, əlində sənədləri ola-ola tikilisi sökülüb. Amma aidiyyatı qurum da bu söküntünün əsaslı olduğunu iddia edir.

Birinci qrup əlil olan İntiqam Kələntərov deyir ki, 12 il bundan əvvəl bələdiyyə sənədləri əsasında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində torpaq sahəsi alıb və həmin sahədə özünə ev tikdirib. Kələntərov, bələdiyyə sənədləri əsasında Binəqədi Rayon İcra Hakimiyyətindən tikinti üçün icazə də aldığını bildirir.

Keçən ay isə müayinə üçün Türkiyəyə gedən İntiqam Kələntərova qonşularından xəbər gəlib ki, onun evi yerli icra qurumu tərəfindən sökdürülüb. Buna inanmyan Kələntərov müayinəsini dayandıraraq paytaxta qayıtmalı olub. Gördüyü mənzərə onu dəhşətə gətirib. Evi, içərisində əşyaları ilə birlikdə dağıdılıb. İntiqam Kələntərova, evinin sökülməsilə bağlı rayon icra hakimiyyəti ona heç bir məhkəmə qərarı da göstərmədiyini deyir.

Problemlə bağlı ərazi üzrə icra nümayəndəliyinə üz tutduq. Qurumdan, bu məsələdən xəbrdar olmadıqlarını bildirdilər.

Problemin məğzini öyrənmək üçün Binəqədi Rayon İcra Hakimiyətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, İntiqam Kələntərov yalnız 2002-ci ildə verilmiş sənəd əsasında, elə o ildə də tikiti etməli imiş. Ancaq vətəndaş bağ evini ötən ay icra hakimiyyətinə müraciət etmədən tikib. Məhz buna görə də ona dəfələrlə xəbardrlıq edilib. İndi İntiqam Kələntərov bağ evinin eksiz layihəsini almalı və quruma ərizə ilə tikinti etmək üçün yenidən müraciət etməlidir./ans/
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi