Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

13 ildə 113 min 676 nəfər boşanıb

Ötən il Azərbaycanda 86 min 852 nikah bağlanıb, 11 min 730 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9.3, boşanmaların sayı isə 1.3 olub.

Nikah və boşanmalar üzrə 2000-2013-cü illərin statistikasını təqdim edib. Həmin statistikaya nəzər salanda dəhşətli bir mənzərə ortaya çıxır. Bəlli olur ki, 2000-ci ildən ötən 13 il ərzində ölkədə 113 min 676 nəfər boşanıb. Bu, hələ rəsmi nikahda olub ayrılanların statistikasıdır. Azərbaycanda yaş həddi və digər səbəblərlə əlaqədar bir sıra hallarda nikahların rəsmiləşmədiyini nəzərə alsaq, deməli, açıqlanan rəqəm də hələ tam dəqiq deyil.

Bir vaxtlar boşanmaları mental dəyərlərə sığışdırmayan əhalimiz görəsən, nədən kütləvi şəkildə bu yolu seçir?

Bu boşanmalar zamanı onminlərlə uşağın daimi ata və ya ana qayğısından məhrum olduğunu da nəzərə alsaq, yuxarıda qeyd edilən rəqəm ölkədə çox ciddi bir problemin mövcudluğundan xəbər verir. Azərbaycanda yoxsulluğun səviyyəsinin getdikcə azaldığını iddia edən hökumət nümayəndələri boşanmalara sosial-iqtisadi problemlərin təsirini etiraf etmək istəmir. Ancaq psixoloji və sosioloji araşdırmalar boşanmaların kökündə daha çox psixoloji amilləri, dünyagörüşlərin haçalanmasını əsas faktor kimi təqdim edirdisə, bu gün ailə dağılmalarının əksər faizi həyat səviyyəsinin aşağı olmasıyla bağlıdır.
1228 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin d