Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Yardımlıda 8 ailə niyə evsiz qalıb?

2008-ci ildə ləğv edilmiş «İzmir» şirkəti yerli torpaq şöbəsinin müdiri ilə birləşərək, əhalinin olan torpaqlarını əllərindən zorla alıblar

Yardımlı rayonunun 8 sakini əllərində rəsmi sənədləri və kupçaları olduğu halda, qanuni torpaqlarında ev tikə bilmirlər. Müraciət edən rayon sakinləri bildirirlər ki, iki ilə yaxındır davam edən qanunsuzluq səbəbindən 8 ailə evsiz, eşiksiz qalıb.

Onlar qeyd edirlər ki, ötən ilin aprelində (25.04.2013) Yardımlı şəhəri, Heydər Əliyev küçəsində fərdi ev tikmək üçün torpaq sahəsi alıblar. Aldıqları torpağın kupçası və lazım olan digər sənədləri var. Lakin onlara ev tikməyə icazə vermirlər.

Sakinlər deyirlər ki, bu işə əngəl olan əsas tərəf «İzmir» Aqrar Sənaye Şirkətidir. Sözügedəe şirkət həmin torpaqları icarəyə götürübmüş. Amma icarə müqaviləsinin şərtlərinə riyayət etmədiyinə görə, sənədin icrasına xitam verilib. «Belə olan təqdirdə, torpaq sahəsi avtomatik olaraq bələdiyyənin balansına keçirilir. Eyni zamanda, 2008-ci ildən «İzmir» şirkəti fəaliyyətini dayandırıb. Bu, o deməkdir ki, «İzimir» Aqrar Sənaye Şirkəti əsassız olaraq özgənin mülkiyyətində olan torpağı mənimsəyib».

Maraqlıdır ki, sözügedən şirkət həmin torpaqların özünün olduğunun iddiası ilə faktiki torpaq sahiblərini məhkəməyə verib. «Şirvan İnzibati İqtisad Məhkəməsində hakim saxta sənəd və pul qarşılığında şirkətin xeyrinə qərar çıxarıb. Axı, bu necə ola bilər ki, sənədi, kupçası yerində olan bir əraziyə hansısa şirkət iddia edə bilsin? Üstəlik, iddiasını məhkəmədə reallaşdırmağı bacarsın».

Yardımlı sakinləri baş prokuror, ədliyyə naziri, Dövlət Əmlakı İdarəetmə Komitəsi və Torpaq Komitəsinə müraciət edərək, onlardan problemin həllində yardım istəyiblər. «Bütün bu işlərin başında Yardımlı rayon Torpaq şöbəsinin müdiri Əli müəllim dayanır. Bu adamın rayonda satmadığı torpaq sahələri qalmayıb. Nəticədə, insanlar əziyyət çəkirlər. Amma etdiyimiz şikayətlərin də bir faydası yoxdur»./jam/
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı