Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Eldəniz Quliyev məhkəmənin qərarını gözləyir

«Bundan sonrakı mərhələ linqvistik ekspertizanın nəticəsindən asılıdır»

Daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən tanınmış ziyalı, kinodramaturq Eldəniz Quliyevin məhkəməsi davam edir. Bu barədə “hafta.az”a açıqlama verən Eldəniz Quliyev bildirib ki, məhkəmənin yekun qərarını gözləyir: “10 sentyabr tarixində Nəsimi rayon məhkəməsində keçirilən prosesdən sonra hələ ki, heç bir yenilik yoxdur. Işlətdiyim ifadələr linqivistik ekspertizaya təqdim olundu. Indi biz gözləyirik ki, nə zaman ekspertiza yekun qərarını verəcək. Bundan sonrakı mərhələ ekspertizanın qərarından asılıdır”.

Bundan başqa, Eldəniz Quliyevin sədri olduğu Ziyalılar Birliyi iki ildir yerləşdiyi ofisdən çıxarılıb. Bu barədə danışan ziyalı bildirib ki, qurumun yerləşdiyi mənzilin sahibi ilə bütün sənədlər qaydasında olub. Lakin mənzilin sahibi mədəni formada ofisdən çıxmalarını istəyib: “Sentyabrın 10-da Nəsimi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında mənim ölkəni tərk etməməyim haqda qərar çıxarandan sonra ev sahibi tez bir zamanda ofisi tərk etməyimizi xahiş etdi. Biz məcburiyyət qarşısında sentyabrın 13-də oradan çıxmalı olduq”.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını istəyir. Iddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən Eldəniz Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib./azadlıq/
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı