Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

ABŞ vətəndaşı üzərək Şimali Koreyaya keçmək istəyərkən saxlanıldı

Cənubi Koreyada sərhəd çayını üzərək KXDR ərazisinə keçmək istəyən amerikalı saxlanılıb

Cənubi Koreya hökuməti üzərək Şimali Koreya (KXDR) ərazisinə keçmək istəyən ABŞ vətəndaşını saxlayıblar.

İnterAz-ın BBC-yə istinadən verdiyi məlumata görə, sahil təhlükəsizlik qüvvələrinin əməkdaşları 20-30 yaşlarında olan ABŞ vətəndaşını iki Koreya ölkəsi arasındakı sərhəd çayının sahilində aşkar ediblər.

Rəsmi qurumlar “Yonhap” agentliyinə verdikləri müsahibədə amerikalının Han çayının sahilində uzanmış vəziyyətdə tapıldığını bildiriblər.

Məlumata görə, həmin şəxs müstəntiqlərə Şimali Koreya ərazisinə keçərək prezident Kim Yonq İnlə görüşmək istədiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Şimali Koreya məhkəməsi bir ABŞ vətəndaşını 6 il ağır rejimli həbs cəzası təyin edib.
1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı