Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Terrorla mübarizə ilk öncə onu dəstəkləyən dövlətlərdən başlanılmalıdır

Terrorla mübarizə ilk öncə onu dəstəkləyən dövlətlərdən başlanılmalıdır – Bəşər Əsəd
"Qəribədir ki, Suriya və İraqda terroru dəstəkləyən ölkələr indi "İŞİD"ə qarşı mübarizə iddiasındadırlar”

"Qəribədir ki, Suriya və İraqda terroru dəstəkləyən ölkələr indi "İŞİD"ə qarşı mübarizə iddiasındadırlar”. İnterAz-ın Sana agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

O, Dəməşqdə İraqın Milli Təhlükəsizlik Şurasının sədri Falih Fəyyazı qəbul edərkən İraq və Suriyada terrora qarşı aparılan mübarizənin qərəzli şəkildə həyata keçirildiyini deyib.

“Terrorizmlə mübarizə ilk növbədə onu İraq və Suriyada dəstəkləyən ölkələrə təzyiq göstərməklə başlanılmalıdır. O, ölkələr ki, hazırda terrorizmə qarşı mübarizə məsələsində iddialıdırlar”.

B.Əsəd terrora qarşı mübarizə məsələsində İraq və Suriya hökumətlərinin həmkarlığının möhkəmləndirilməsini istəyib.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP