Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

“NATO Ukraynada müharibəni qızışdırır” - Lavrov

NATO Ukrayna böhranında dağıdıcı rol oynadı və faktiki olaraq hazırda rəsmi Kiyevi münaqişənin hərbi yolla həll edilməsinə təhrik edir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.

“NATO Ukraynanın cənub-şərqindəki böhranda dağıdıcı rol oynayıb. Təşkilatda Ukraynanın hərbi potensialının artırılması barədə qərar verilib. NATO rəhbərliyi quruma üzv ölkələrin Ukraynaya hərbi avadanlıq və silah-sursat çatdırılması barədə qərarına göz yumur. Bu silahlar, hərbi avadanlıqlar isə ölkə daxili repressiyalarda istifadə oluna bilər. Bununla da, onlar rəsmi Kiyevi faktiki olaraq müharibəyə təhrik edirlər” – deyə, Lavrov vurğulayıb.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, NATO-nun Ukrayna ilə birgə ilin sonuna qədər bu ölkə ərazisində keçirilməsi planlaşdırılan hərbi təlimlər sülh prosesinə mane olur və Ukrayna cəmiyyəti arasında fikir ayrılığını daha da dərinləşdirir.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP