Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Bazadan trotil şaşkaları və qumbara tapılıb

Moskvadakı tərəvəz bazalarından birində trotil şaşkaları və qumbara tapılıb.
APA-nın Rusiya DİN-in saytına istinadən xəbərinə görə, silah-sursat bazada keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib.

Bildirilir ki, oktyabrın 21-də Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən üç azərbaycanlı saxlanılıb. Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu Kuzminsk meşə parkına aparıblar və orada sağ qalması üçün 3 mln. rubl (təxminən 100 min dollar) tələb ediblər. Girov bu məbləği toplamaq üçün azadlığa buraxılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada qanunsuz yaşayan üç azərbaycanlı həbs edilib.

Polis müəyyən edib ki, onların əlbir olduğu şəxslər tez-tez göyərti bazasına baş çəkirlər. Orada həyata keçirilən axtarış zamanı ümumi çəkisi 400 qram olan iki trotil şaşkası, onların elektron detonatorları və RQD-47 qumbarası tapılıb. Polisin fikrincə, bu silah-sursat sahibkarları təhdid etmək üçün istifadə olunub.

Faktla bağlı cinayət işi açılıb. Müvafiq icra hakimiyyəti orqanlarına bazanın bağlanmasına dair qərar qəbul olunması üçün müraciət hazırlanır.
2236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:39