Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

İcra başçısının müavini 3 nəfərdən 150 min istəyir

Azərbaycanda məmurların vətəndaşlara və mətbuat orqanlarına qarşı şərəf və ləyaqtin müdafiəsi adı altında məhkəmə davaları başlatması o qədər çox olub ki, artıq adiləşib. Buna görə də, Ağcabədi rayon icra hakimiyyətinin başçısının birinci müavini Rövşən Əhmədovun rayonun Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyevə, Taynaq kənd sakini Şükür Mərkəz oğlu Hacıyevə və Aşağı Avşar kənd sakini Nizami İnqilab oğlu Nərimanova qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və mənəvi ziyana tələbinə dair rayon məhkəməsində iddia qaldırması təəccüblü qarşılanmır.

Məlumata görə, Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədovun rayonun adışəkilən üç sakinindən nə az, nə çox, düz 150 min manat təzminat tələb edir: "Ağcabədi rayon icra hakimiyyətinin başçısının birinci müavini Rövşən Əhmədov iddia ərizsəində iddia edir ki, Bulud Quliyev, Şükür Hacıyev və Nizami Nərimanov heç bir əsas olmadan onun şərəf, ləyaqət və işguzar nüfuzunu ləkələyən məlumatlar yaymışlar..." /Kirpi.tv/
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber