Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

“Putin öldürülsə, müharibə başlayacaq”

“Rusiya Prezidenti Vladimir Putin öldürülərsə, ölkəni bütün istiqamətlərdə müharibə təhlükəsi gözləyir”.

Bu açıqlama ilə rus iqtisadçısı İvan Starikov çıxış edib.

Vladimir Putinin iqtisadiyyata xüsusi önəm verdiyini deyən iqtisadçı onun bu sahədə etibar ediləsi şəxsləri öz ətrafında topladığını bildirib:

“Mən inanmıram ki, Putinin öldürülməsi mümkün olsun. Əslində, heç Putinin fanatı da deyiləm. Lakin etiraf etməliyəm ki, o iqtisadi blokunda kifayət qədər ağıllı insanları toplamağı bacardı. Əgər Vladimir Putin həmin şəxsləri öz ətrafında saxlayırsa, bu o deməkdir ki, o, ölkədə baş verə biləcək əsas zərbənin iqtisadiyyata vurulacağı ehtimalını çox gözəl anlayır. O, Rusiya iqtisadiyyatının idarə olunmasını məsuliyyətsiz insanların öhdəsinə buraxmır. Onun bu addımı da bizdə güvən yaradır”.
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP