Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Sergey Şoyqu: “Güclü ordu yaratmalıyıq”

Rusiya Müdafiə naziri Sergey Şoyqu Krımda və bu istiqamətdə hərbi qoşunların sayının artırılmasını vacib bilib.

Ria Novosti xəbər verir ki, bu barədə o, hərbi müşavirədə çıxışı zamanı deyib.

Şoyqunun sözlərinə görə, hazırda bu istiqamətdə güclü ordunun və döyüş qabiliyyətinə malik peşəkar hərbi hissələrin yaradılması ən prioritet məsələlərdəndir. Müdafiə naziri hesab edib ki, Rusiya sərhədləri boyunca xarici hərbi qoşunlarının mövcudluğu onların qarşısında yeni tələblər və öhdəliklər qoyur:

“Bu, daha çox Krım istiqamətində gerçəkləşməlidir”.

Xatırladaq ki, rəsmi Moskva Cənub Hərbi Dairəsinin hərbi birləşmələrini döyüş hazırlığına gətirib.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber