Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Bakıda “Hilton” oteldə bomba həyəcanı

Otelə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub

Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan və Səbail rayonu, Neftçilər prospektində yerləşən "Hilton" otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

İnformasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib.

Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.

Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır./lent.az/
1095 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...