Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Husilər və hökumət tərəfdarları arasında şiddətli qarşədurma olub

Yəməndə husilər və hökumət tərəfdarları ilə qarşıdurmalarda xeyli sayda həlak olan var
Husilərin “Ənsarullah” hərəkatının silahlıları ordunun 20 əsgərini əsir götürüb

Yəmənin paytaxtında və eləcə də Couf əyalətində gedən qarşıdurmalarda ordu tərəfdarı və eləcə də husilər onlarla itki veriblər.

İnterAz-ın "əl-Aləm"ə istinadla verdiyi xəbərə görə, husilərlə ordu tərəfdarı olan qəbilələr arasında qarşıdurmalar paytaxt Sənanın şimal-qərbində başlayıb ki, burada husilər 8, ordu tərəfdarları isə 20 itki veriblər. Məlumata əsasən, husilərin “Ənsarullah” hərəkatının silahlıları ordunun 20 əsgərini əsir götürüb.

Bu arada husilərin paytaxt Sənanın əsas girəcəklərində və prospektlərində aksiyaları hələ də davam edir. Məlumata əsasən, bir neçə gün bundan öncə BMT-nin vasitəçiliyi ilə hökumətlə husilər arasında başlayan danışıqlar hələ də səmərə verməyib.

Ekspertlər danışıqların səmərə verməyəcəyi təqdirdə Yəməndə daxili qarşıdurmaların müharibə həddinə gəlib çatacağını təxmin edirlər.
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı